"Neftçi"nin qolkiperi Rəşad Əzizli növbəti mövsümü fərqli komandada keçirəcək.
Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı qapıçı "Şamaxı"nın qapısını qoruyacaq.
Bölgə klubunun baş məşqçisi Cavid Hüseynov Əzizlini sərəncamında görmək istəyib. Tərəflər arasında razılıq əldə olunub və Əzizli yaya qədər "Şamaxı"nın qapısını qoruyacaq.