"Şaxtyor"un yetirməsinin Azərbaycanda oynayacağı dəqiqləşdi

13:47 - 12 İyul 2022

Ukraynanın "Kremen" klubundan ayrılan Tuqay Əlizadənin Azərbaycanda oynayacağı dəqiqləşib.

Sportal.az saytına verilən məlumata görə, 20 yaşlı yarımmüdafiəçi "Araz Naxçıvan"da oynayacaq.

O, Naxçıvan təmsilçisi ilə bu gün rəsmi müqavilə imzalayacaq.

"Şaxtyor" yetirməsi olan yarımmüdafiəçi “Kremen”dən əvvəl “Mariopol”da da çıxış edib.

 

Xəbər xətti