"Fənərbaxça"nın futbolçusu "Sabah"a keçir

14:18 - 12 İyul 2022

“Sabah” yay transfer dönəmində komandaya daha bir futbolçunu cəlb etmək istəyir.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi hazırda Abdulaye Ba ilə danışıqlar aparır. Hətta “Sabah”ın yaxın günlərdə seneqallı futbolçu ilə müqavilə imzalayacağı iddia edilir.

Banın son klubu “Aruka” olub. O, əvvəllər “Porto”, “Moreyrense”, “Rayo Valekano”, “Deportivo”, “Fənərbaxça”, “Alanyaspor”, “Münhen 1860”, “Dinamo”(Buxarest) klublarında da oynayıb.

Xəbər xətti