“Sumqayıt” baxışda olan futbolçulardan birini geri göndərib.
Sportal.az saytına verilən məlumata görə, Rami Tekir məşqçilər korpusunun etimadını qazana bilməyib.
Avstriyanın U-21 yığmasının sabiq üzvü olan 25 yaşlı yarımmüdafiəçi “Sabah”la yoxlama görüşündə meydana çıxmışdı. O, “Vakker İnsburk” və “Lieferinq” klublarında oynamışdı.
Baxışda olan digər legionerlər haqda yekun qərar isə növbəti yoxlama görüşündən sonra veriləcək.
saytlarin hazirlanmasi