Gürcüstan millisində oynamış futbolçu Premyer Liqa klubuna keçir

16:25 - 13 İyul 2022

Yeni mövsümə hazırlaşan “Turan Tovuz” daha bir gürcü futbolçunun keçidini həll etməyə hazırlaşır.

Sportal.az saytına verilən məlumata görə, Ayxan Abbasov ötən mövsümü “Şamaxı”da keçirmiş Merab Qiqaurini sərəncamında görmək istəyir.

29 yaşlı futbolçunun yaxın günlərdə “Turan Tovuz”un düşərgəsinə qoşulacağı gözlənilir.

​“Torpedo”(Kutaisi), “Yagelloniya”, “Metallurq”(Rustavi), “Kolxeti”, “Rustavi” klublarında oynamış Merab Azərbaycanda “Qəbələ” və “Şamaxı” komandalarının formasını geyinib. O, Gürcüstanın əsas millisində bir oyun keçirib.

Xəbər xətti