Bir müddət əvvəl "Olimpiakos"dan (Volos) ayrılan Turan Manafov FİFA-nın məhkəməsində Yunanıstan klubuna qalib gəlib.
Sportal.az xəbər verir ki, ali qurum Volos klubuna Manafova 5 aylıq maaş borcunu ödəməsinin tapşırığını verib.
Əgər, "Olimpiakos" 45 gün ərzində Turanın maaşını ödəməsə, FİFA tərəfindən sanksiyalara məruz qalacaq. Hətta FİFA Yunanıstan klubuna transfer qadağası tətbiq edəcək.