Son mövsümü Polşanın “Sokol” klubunda keçirmiş Şahin Zəkiyevin karyerasına Yunanıstanda davam etdirəcəyi bağlı xəbər vermişdik.
Sportal.az xəbər verir ki, azərbaycanlı qapıçı bu həftə Yunanıstana yollanmalıydı. Amma viza məsələlərinə görə, qapıçının adıçəkilən ölkəyə yollanması gecikəcək. Saytımıza açıqlama verən qapıçı “Asteras Petritis”lə bu ay müqavilə imzalayacaq:
“Hələ Yunanıstana getməmişəm. Çünki viza məsələsinə görə qalmışam. Ola bilər ki, qayıdım Bakıya, vizanı alım Yunanıstana yollanım. Hər şey qaydasında olsa, iyulun 25-də Yunanıstana yollanıb, komandanın məşqlərinə qoşulacam”.