"Turan Tovuz"un müdafiəçisi Eltun Turabov Sportal.az saytına müsahibə verib:
- "Sumqayıt"da qalmamağının səbəbi nə oldu?
- Ayrılmağımın səbəbi son vaxtlar az şans qazanmağım idi. Daha çox oynamaq istəyirəm.
- Başqa klublardan da təkliflərin var idi. Niyə məhz "Turan Tovuz"un təklifini qəbul etdin?
- Əlbəttə ki, başqa təkliflərim də var idi. "Sumqayıt"da Ayxan Abbasovun dövründə oynamışam. Ayxan müəllim məni tanıyırdı. Danışığımız oldu və "Turan Tovuz"a keçməyə qərar verdim.
- Komandanın yeni mövsümə hazırlığı necə gedir?
- Hazırlığın ilk mərhələsini Bakıda keçirdik. Hazırda Tovuzda davam edirik. Dünən "Şamaxı" ilə yoxlama matçı keçirdik. Bu oyun bizim üçün yaxşı oldu.
- "Turan Tovuz" ölkənin köklü klublarından biridir. Komanda uzun illərdən sonra Premyer Liqaya qayıtdı. Çempionatda hədəf nə olacaq?
- Çox yaxşı bilirik ki, bu bölgədə futbola necə sevgi var. Bizdə bacardığımız qədər yaxşı nəticələr əldə edəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
- Şəxsi hədəflərin nədən ibarətdir?
- Hər bir futbolçu kimi milli komandada oynamaq istəyirəm.
- Tovuz futbolun çox sevildiyi bölgələrdən biridir. Burada azarkeşlər daim yaxşı nəticələr tələb edir. Bu təzyiqə özünü hazır hiss edirsən?
- Həqiqətən də insanlar burada futbolu çox sevirlər, futbolla yaşayırlar. Biz də onların dəstəklərini görürük. Çalışacağıq ki, nəticələrimizlə onları sevindirək.
- Daha əvvəl Ayxan Abbasovun rəhbərliyi altında oynamısan. "Turan Tovuz"a keçidində baş məşqçi amilinin rolu nə dərəcədə oldu?
- Ayxan müəlliimlə danışdıq. Onun necə tələbkar məşqçi olduğunu bilirəm. Hər futbolçu istəyər ki, belə tələbkar məşqçisi olsun.
Elçin Əlixan
saytlarin hazirlanmasi