"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin "Sürix"lə ilk matçına ciddi itki ilə çıxacaq.
Sportal.az saytının məlumatına görə, "Lex"lə cavab oyunundan əvvəl məşq zamanı zədələnən Qara Qarayev hələ də komandaya qoşulmayıb.
Hazırda fərdi məşq edən 30 yaşlı yarımmüdafiəçi "Sürix"lə Bakıda baş tutacaq ilk görüşdə meydana çıxa bilməyəck. Azərbaycan millisinin üzvünün cavab oyununda oynamaq ehtimalı var.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.
saytlarin hazirlanmasi