Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanan "Sumqayıt" transfer çalışmalarını davam etdirir.
Sportal.az saytına verilən məlumata görə, "kimyaçılar" artıq bir futbolçu ilə razılıq əldə edib. Belə ki, Aleksey Baqa bir müddətdir baxışda olan Rıfat Nurmuqametin komandada saxlanılmasını istəyib. Qazaxıstanlı futbolçu ilə 1 illik müqavilə imzalanılacaq. 26 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Kayrat”, “Jetısu”, “Aktobe” və “Maktaaral” klublarında oynayıb. O, həm də Qazaxıstanın U-21 yığmasının keçmiş üzvüdü.
Bununla yanaşı Türkiyədə toplanışda olan "Sumqayıt"ın düşərgəsinə iki braziliyalı və bir afrikalı futbolçu gələcək. Baxışda olacaq həmin legionerlər haqda da sonda qərar veriləcək.