"Sürix"ə qarşı çox yaxşı oynamışdıq, amma indiki vəziyyətlərinin necə olduğunu bilmirəm" - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Cavid Tağıyev Sportal.az saytına müsahibə verib. “Turan Tovuz”un məşqlərində iştirak edən yarımmüdafiəçi hansı komandada oynayacağı ilə bağlı danışıb. Bununla yanaşı o, Ağdam klubundakı çıxışını da xatırlayıb.

- "Turan Tovuz"un düşərgəsində məşqlərə başlamışdın. Ancaq sonradan “Kəpəz”ə keçdiyinlə bağlı xəbərlər yayıldı. Hazırda hansı komandadasan?
- İlk gündən “Turan Tovuz”un heyətində məşqlərə başlamışam. İndi də məşqlərə davam edirəm. “Kəpəz”lə müqavilə imzaladığımı mən də mətbuatdan oxumuşdum. Amma belə bir şey olmayıb.

- Belə çıxır ki, növbəti mövsümə "Turan Tovuz"da başlayacaqsan?
- Bəli, yeni mövsümdə doğma komandamda oynayacam. Əsas hədəfim əvvəlki formamı bərpa etməkdi. Bunun üçün əlimdən gələni edəcəm.

- Yeni mövsüm karyeranda geridönüş etmək üçün də yaxşı şansdı? Son illərdə zədəyə görə çox da görünmədin meydanlarda....
- Düzdü, zədələr mənə çox çətinliklər yaratdı. Ancaq bunlar artıq geridə qalıb. İndi özümü çox yaxşı hiss edirəm. Doğma klubuma öz oyunumla bacardığım qədər kömək etməliyəm.

- "Turan Tovuz" hansı nəticə göstərə biləcək?
- Komanda olaraq da çox yaxşı hazırlaşırıq çempionata. Heyət olaraq da yaxşı futbolçulardan ibarət komandamız var. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq. Biz bunun üçün əlimizdən gələni edəcəyik.

- Formasını geyindiyin "Qarabağ"ın avrokuboklardakı çıxışını necə dəyərləndirirsən?
- Hər şeydən öncə, "Qarabağ"a uğurlar arzulayıram. "Sürix"lə hər iki matçın çətin keçəcəyini bilirik. İnanıram ki, "Qarabağ" “Sürix”lə matçlarda da qalib gələcək və növbəti mərhələyə adlayacaq.

- “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq. Bu rəqiblə Ağdam klubu 2015-ci ildə Türkiyədə "Sürix"lə yoxlama görüşündə üz-üzə gəlmiş, sən də matçın iştirakçısı olmuşdun. Həmin oyunu necə xatırlayırsan?
- Bəli, “Sürix”lə yoxlama oyunu yadımdadı. Türkiyədə oynamışdıq onlarla. Yadımdadır ki, “Sürix”ə qarşı çox yaxşı oynamışdıq. Amma indi “Sürix”in indiki vəziyyətinin necə olduğunu bilmirəm. İstənilən halda, düşünürəm ki, növbəti mərhələyə “Qarabağ” keçəcək.



Mirbağırağa
Tarix: 17 İyul [14:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2022
11  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio