"Bəli "Dauqavpils"dən ayrıldım və artıq "Şamaxı"nın düşərgəsindəyəm".
Bu sözləri Sportal.az saytına açıqlamasında Asim Əlizadə deyib.
"Dauqavpils"dən ayrılan U-21 yığmamızın yarımmüdafiəçisi yeni mövsümə "Şamaxı"da başlayacaq. Müqavilə ilə "Neftçi"yə məxsus olan Əlizadə Azərbaycana qayıdışı barədə danışıb:
"Latviyada əvvəlcə işlər yaxşı gedirdi. Baş məşqçi ilə şəxsi problemim yox idi. Sadəcə olaraq, baş məşqçi son vaxtlarda oynatmamağa başladı. Mən də bir neçə oyun oynatmadığımn görə, gördüm ki, Latviyada qalmağın mənası yoxdu. Ona görə də Azərbaycana qayıtdım. Elə “Şamaxı”dan təklif oldu, mən də dəyərləndirdim. Xeyirlisi olsun. Yaxşı komanda formalaşdırılır burada. Həqiqətən də yaxşı komandamız var. Əksəriyyəti də gənc futbolçulardı. Yaxşı olacağını düşünürəm".