"Etnikos Axna"nın idman direktoru Giannos Dimostenus Sportal.az saytına açıqlama verib.
O, bu klubun sabiq futbolçularının Azərbaycana yollanmasından danışıb.
Klub rəsmisi öncə, Qoba Zakpa və Frank Mazurekin "Səbail"ə transferindən söhbət açıb:
"Təbii ki, hər iki futbolçu yeni komandasına kömək edə biləcək. Çünki həm Zakpa, həm də Mazurek çox yaxşı futbolçulardı. Zakpa iki mövqedə oynaya bilir. O, həm vinger, həm də hücumçu kimi yaxşı təsir bağışlayır. Franko Mazurek isə dəhşətli futbolçudu. Fikrimcə, hər iki futbolçu Premyer Liqada fərq yarada bilər. Amma həqiqət budur ki, Mazurek və Zakpa Azərbaycanın ən yaxşı komandasında oynamırlar".
Axna təmsilçisinin direktoru bu komandada oynamış azərbaycanlı futbolçu Araz Abdullayev haqda da fikirlərini bildirib. O, Abdullayevin uzun müddət Kiprdə qalmamasına bu cür münasibət bildirib: "Fikrimcə, Araz çox yaxşı futbolçudu. Amma mədəniyyət və Kipr çempionatına uyğunlaşmaqda çətinlik çəkdi".