Türkiyədə toplanışda olan “Sumqayıt” daha bir futbolçunu baxışdan keçirəcək.
Sportal.az saytına verilən məlumata görə, Ouro-Nile Ture “kimyaçılar”ın düşərgəsinə qoşulub.
23 yaşlı toqolu son olaraq Braziliyanın “Atletiko Assisense” klubunda oynayıb.
Forvard məşqçilər korpusunun etimadını qazanarsa, onunla müqavilə imzalanacaq.