"Sumqayıt"ın yarımmüdafiəçisi Rüfət Abdullazadə Premyer Liqa klublarının maraq dairəsindədi.
Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı futbolçunu "Neftçi" heyətinə qatmaq istəyir.
Amma 2001-ci il təvəllüdlü futbolçunun “Sumqayıt”la 2023-cü ilə qədər müqaviləsi var.
Yarımmüdafiəçinin “Neftçi”yə hansı şərtlərlə keçəcəyi və konkret olaraq keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.