"Qarabağ" "Lex"i çox gözəl oyunla, əla nəticə ilə keçdi. Təbii ki, ilk "Qarabağ" Poznanda baxımlı oyun göstərmişdi. Sadəcə bəxtsizlik yaranmışdı. Amma Bakıda lazım olan qolları vuraraq növbəti mərhələyə yüksəldilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında Çumbinyo deyib.
Braziliyalı futbolçu "Qarabağ"ın bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Sürix"lə qarşılaşmadakı şanslarını dəyərləndirib. Ağdam klubunun sabiq futbolçusu "Qarabağ"ın İsveçrə təmsilçisinə qarşı işinin asan olmayacağını söyləyib:
"Sürix"ə qarşı matç çətin olacaq. Çünki onlar daha güclü və daha tarixi klubdu. Ancaq "Qarabağ"ın yenə, daha da irəli getmək üçün yaxşı şansı var. "Qarabağ"a çox inanıram. Bu komanda öz oyunu və nəticələrilə göstərir ki, ona inanmaq doğrudu. "Qarabağ" həqiqətən də avrokuboklarda möhtəşəm oyun göstərir. Bəlkə də məqamı deyil, amma deyim ki, "Qarabağ"a qayıdıb, karyeramı bu klubda başa vurmaq istəyirəm".
2013-2015-ci illərdə “Qarabağ”da oynamış braziliyalı hazırda Yunanıstanın “Etnikos”(Pirey) klubunun formasını geyinir.
Mirbağırağa