"Sürix" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"a 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra İsveçrə klubunun baş məşqçisi Franko Foda jurnalistlərin suallarını cavablandırıb:
- Birinci hissədə “Qarabağ”ın üstünlüyü var idi. Rəqib təzyiqlə başladı və təzyiqi artırdı. Hesab ədalətli idi. Amma ikinci yarıda oyunumuzu tapdıq. Qolu vurduqdan sonra üçüncü qolu buraxdıq. Belə səhvlərə yol vermək olmaz. Amma təzyiqə dözdük, ikinci qolu vurduq. Birinci hissəni “Qarabağ”ın, ikinci yarını bizim hesabımıza yazmaq olar.
- Fasilədən sonra oyun tərzinizi niyə dəyişdiniz?
- Biz hiss etdik ki, ilk yarıda “Qarabağ”ı saxlaya bilmirdik. Matç getdikcə dəyişiklik etməliydim. Cinahlardan daha çox istifadə etməyə çalışdıq. O da öz nəticəsini verdi. “Qarabağ”ın qapıçısı komandasını xilas etdi bir neçə epizodda. 3:3 hesabı layiqli nəticə olardı.
- 2:3 hesablı məğlubiyyətə sanki sevinirdiniz. Cavab oyununu evdə oynayırsınız. Şansları necə dəyərləndirirsiniz?
- Komanda uduzanda heç vaxt sevinə bilmərəm, qələbəyə sevinirəm həmişə. Nəticə ikinci oyundan sonra bilinəcək. Xırda detallar önəmli olacaq. Hansı tərəf bunu edəcək, növbəti mərhələyə çıxacaq.
- Qapıçınızın çıxışı sizi narahat etmirki?
- Qollara baxmağa imkan olmadı. Sabah analiz edəcəyik oyunu. Vacib olan odur ki, komanda ikinci yarıda ruhu itirmədi və oyuna qayıtdı, qollarını vurdu. Azərbaycan çempionatı başlşamayıb, 7 gün hazırlaşa bilərsiniz. Biz şənbə günü oyuna çıxacağıq. Sürixdə azarkeşlərimizin dəstəyilə tam fərqli oyun görəcəyik.
- Oyundan öncə analiz etdiyiniz “Qarabağ”dan fərqlilik gördünüz?
- Təzə bir şey görmədim. Onları necə analiz etmişdimsə, o şəkildə də gördüm. Topla yaxşı oynayırlar. Komandamda birinci hissədə xoşuma gəlməyən o idi ki, topu ələ keçirən kimi itirirdik. Çünki “Qarabağ” təzyiq edirdi. İlk yarıda penalti epizodu var idi, ona baxmaq lazımdı. Birinci hissədə üstünlük “Qarabağ”ın tərəfindəydi.
- Matçın qırılma nöqtəsi hansı idi?
- Belə səhvlərə yol vermək olmaz. Komanda qol vurandan sonra 2-3 dəqiqədə qol buraxır. Bu cür adi səhvlərə yol vermək olmaz. Amma deməzdim ki, buraxdığımız üçüncü qol həlledici idi.
- Hesab oyuna görə oldu?
- İkinci hissəni nəzərə alsaq, Şahruddin gözəl seyvlərlə xilas etdi komandanı. İlk yarıda bəxtimiz gətirdi. 3:3, 4:4 daha ədalətli nəticə olardı.
- Havanın küləkli olması oyununuza necə təsir etdi?
- Heç bir təsiri yox idi. Sürətli oyun izlədik.
Mirbağırağa
saytlarin hazirlanmasi