"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyununda İsveçrənin "Sürix" klubunu 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun oldu, bolqollu, azarkeşlər üçün maraqlı matç idi. Yaxşı mübarizə, bəzən açıq oyun getdi. Futbola aid hər şey gördük. Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər, çox istəkliydilər. Əvvəl də qeyd etmişdim ki, yaxşı komandaya qarşı oynayırıq, oyun qurmağı bacaran komandaya qarşı oynadıq. Çəkinmədik, rəqibin üzərinə getdik. Həmişəki kimi azarkeşlərimiz möhtəşəm idi.
- Şahruddin Məhəmmədəliyev möhtəşəm oynasa da, sonda minasi partladi. Toral Bayramov isə sanki avrokuboklara hazır deyil...
- Biri partladı, biri nə oldu...Onların yerində olmaq heç də asan deyil. O qədər həyəcan, o qədər azarkeşin güvəni. Hər bir insan özünü idarə etmək üçün böyük olmalıdı. Bu cür epizodlarda düzgün qərar vermək lazımdı. Səhv deməzdim, tələsməyə bilərdi. Ümumən Şahruddinə narazılıq bildirsək, ya Torala Avropa təcrübəsi azdı desək... Ötən mövsüm oynayırdı avrokuboklarda...Penaltini bilmirəm, qarışıq epizod idi, tam baxmaq lazımdı. Cərimə meydançasında həmnişə hücumçu üstündü. Xırda, texniki səhvlərdi, aradan qaldırmaq rahatdı. Hər bir futbolçuma güvənim böyükdü. Qarşıdakı oyunlarda hər biri daha yaxşı olacaq.
- Künc zərbələrini çox yerinə yetirirsiz. Standart vəziyyətlərdən qol vura bilməməyiniz sizi narahat etmir?
- Özəl küncdən zərbələrimiz var. Nadir komandalar var ki, ilboyu bunun üzərində çalışırlar. Bəlkə də yaxşılaşdıra bilərik. Az işləmirik bunun üzərində. Vacib bir oyunda standart vəziyyətdən qol vurarıq. Rəqibi də nəzərə almaq lazımdı. Bəzi elementlərdən biri di, yaxşılaşdırmaq olar.
- Rəqib ikinci hissədə taktiki dəyişikliklər etdi. Bu da komandanızda çətinlik yaratdı. Cavab oyunu öncəsi bunun üzərində işləyəcəksiz?
- Bilmək olmaz, bu oyuna üstünlük verəcəklər ya, yox. Oyunun gedişində hər bir elementə hazır olmalıyıq. Əvvəlki oyunlar daha üç hücumçu qabaqda qalırdısa, bu gün iki hücumçu ilə qalırdı rəqib. İlk yarıda müdafiəçimizin arxasına atırdılar, ikinci yarıda diaqonal paslar etdilər. 2-3 dəfə keçdi, sonra qarşısını aldıq. Burada “Sürix”i daha yaxından tanıdıq. İmkanımız oldu ki, rəqibi çox detallı analiz edək.
- Franko Foda şansları 50/50 gördü. Sizcə, bu realdı, yoxsa özlərini güclü hesab edirlər?
- Mən də “Lex”lə ilk oyundan sonra bu cür saymışdım şansları. Bir az özünügüvən də ola bilər, hər birimizdə var. Biz ora məğlub olmağa getməyəcəyik. Hesabı da qoruyub-saxlama qüçün getməyəcəyik. Daha çox hücum etmək istəyəcəyik. Bəzi xırda detalları daha da yaxşılaşdırmağa çalışacağıq.
- İlk hissənin 15 dəqiqəsini rəqib hücumda keçirdi. Bu, taktiki gediş idi, yoxsa rəqib həqiqətən “Qarabağ”ı bloklamışdı?-
- Ancaq uzun pasla oynayırdılar. Bu da hücumdaymışlar kimi görünürdü. Biz rəqibin meydanındaydıq, imkan vermirdik ki, komanda kimi zonamızda olsunlar.
- Bu mövsüm “Qarabağ” 90 dəqiqə hücumameyilli futbol oynayır. Əvvəllər belə deyildi. Bu, yeni fikirdi?
- Ola bilər əvvəllər az olurdu. İndi daha çoxdu. Müdafiə düşüncəsini futbolçulardan uzaqlaşdırmaq istəyirik. Üç zona var futbolda, biz də oyunu rəqib zonasında müdafiədən qururuq. Bizim daha çox düşüncəmiz, diqqətimiz hücumda ola-ola düzgün müdafiə olunmaqdı. Təcrübə çoxaldıqca, futbolçuların inamı çoxaldıqca, bunu daha ürəkli və daha inamlı edirlər.
- Rəqibin birinci qolunda sizcə, ofsayd var idi?
- Baxdım. Var idi deyəsən. Olur da belə hallar.
- İbrahima Vadji iki qol vurdu. Bu, ona nə dərəcədə psixoloji üstünlük verəcək?
- Vadji çox işgüzar futbolçudu. Bəzən hansısa texniki səhvləri ola bilər. Amma faydalı iş əmsalı komanda üçün çoxdu. Qələbə və qol hər bir futbolçuya inam verir ki, özünü rahat və düzgün idarə etsin. Belə qollar inam verəcək. Sadəcə olaraq, narahat olduğum udandan və futbolçu qol vurandan sonra xülyalarda olmasıdı. Çalışacağıq ki, faysalı olsun Vadji üçün. Qarşıdakı oyunlarda ondan qolu daha çox tələb edəcəyik.
- Franko Foda bildirdi ki, ədalətli nəticə 3:3, 4:4 hesabı olardı. Bu barədə fikriniz necədi?
- Bu barədə fikir bildirmək istəmirəm. Bizim real qol epizodlarımız daha çox oldu. 3-5 metrdən epizodlarımız var idi. Normal baxıram nəticəyə. 3:2 qalib gəlmişiksə, minimum üstünlük tərəfimizdəydi.
- Rəqib baş məşqçinin hansı dəyişikliyini gördünüz ki, ikinci yarı iki qol vurdular?
- Qollara baxsaq, fərdi səhvlərdən qol buraxdıq. Biri cərimə zərbəsi, biri heç nədən penalti zərbəsi. Sadəcə ikinci yarı basqı çoxaldı, daha da irəli çıxdılar.
Mirbağırağa
saytlarin hazirlanmasi