Premyer Liqaya hazırlaşan "Şamaxı" daha iki futbolçunun keçidini həll edib.
Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi son olaraq icarə əsasında "Dauqavpils"də oynamış Asim Əlizadənin keçidini həll edib. Müqavilə ilə "Neftçi"yə məxsus olan yarımmüdafiəçi növbəti bir mövsümü "Şamaxı"da keçirəcək.
Onunla yanaşı "Şamaxı" Samir Qurbanovu da heyətinə qatıb. Çexiyada "Viktoriya Jijkov" forması geyinmiş yarımmüdafiəçi bölgə klubu ilə anlaşıb. O, son olaraq "Zirə"də çıxış etmişdi.