Qara Qarayev "Sürix"lə cavab oyununa qədər hazır olacaq

18:30 - 20 İyul 2022

"Qarabağ"ın zədəli futbolçusu Qara Qarayev məşqlərə başlayıb.

 

Bunu Sportal.az saytına verdiyi açıqlamada Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. Klub rəsmisi 30 yaşlı yarımmüdafiəçinin "Sürix"lə cavab görüşünə kimi hazır olacağını deyib:

 

"Qara Qarayev komanda ilə tədricən məşq edir, tam şəkildə etmir. Sabah və ya birisi gün komanda ilə tam şəkildə məşqlərə başlayacağı gözlənilir. "Sürix"lə cavab matçına kimi zədəsini sağaldacağı ehtimalı böyükdür. Onun oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək".

 

Qeyd edək ki, Qara Qarayev zədə səbəbindən Çempionlar Liqası I təsnifat mərhələsinin "Lex"lə cavab oyununu (5:1) və II təsnifat mərhələsinin "Sürix"lə ilk matçını (3:2) buraxıb.

Xəbər xətti