Vladimir İviç: "Zirə" çətin rəqibdi"

19:15 - 20 İyul 2022

"Zirə" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah İsrailin "Makkabi" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisinin baş məşqçisi Vladimir İviç matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

 

- Oyundan əvvəl sizi narahat edən əsas məqam nədir?

- Hər oyundan qabaq olduğu kimi bir çox məsələ haqda düşünürəm. Əsas məqsəd oyuna yaxşı hazırlaşmaqdı. İlk matçda sərfəli nəticə qazanmaq istəyirik.

 

- "Zirə" sizin üçün necə komandadaı? PAOK-da baş məşqçi olanda "Qarabağ"a qarşı oyunlarınız olub. Həmin matçlar xatirinizdə necə qalıb? Həmin vaxtı "Qarabağ"ın kapitanı indi "Zirə"nin baş məşqçisidi...

- "Zirə" haqda danışmaq istəyərdim. Keçmişə çox da köklənmək istəmirəm. Bizi maraqlandıran bu gün və sabahdı. Rəqibimiz çempionatda üçüncü yeri tutub. "Zirə" yaxşı təşkilatlanmış komandadı. Ürəklə oynayırlar, yaxşı gücləri var. Rəqibi təhlil etmişik. Yaxşı hazırlaşmışıq. Oyuna kosnentrasiya ilə çıxmalyııq. 90-95 dəqiqə ərzində lazımi nəticəni istəyirik. 

 

- Rəşad Sadıqov sizin "Makkabi Netanya" ilə matçınızı canlı izləmişdi. Sizin oyununuzu canlı izləmişdi. Bəs, siz "Zirə" haqda hansı məlumatı toplamısız?

- Bir rəsmi oyun keçirmişik. Xəbərim yox idi ki, rəqibin baş məşqçisi oyundadı. Stadiondan izləyibsə, oyunda bəzi seyləri görə bilərdi. Biz də digər komandalar kimi hazırlıq mərhələsini yeni bitirmişik. Mövsümün əvvəlidi. Hər məşqçi ideal sistemini, start heyətini müəyyənləşdirməyə çalışır. O ki qaldı, bu, rəqibin bizim oyunumuzu izləməyinə, baxır, informasiyadan necə istifadə edirsən. Biz də rəqibi təhlil etmişik. Keçən il də eyni baş məşqçi idi. Heyətdə dəyişikliklər olub, rəqib yaxşı təşkilatlanmış komandadı. Keçən il ikinci yerdən üç xal geri qalıblar, kubokda final oynaybılar. Çətin rəqibdi. Avrokuboklarda rəqibi məğlub etmək üçün birinci saniyədən son saniyəyə kimi konsentarsiya olub, ən yaxşı oyununu göstərməlisən.

 

Mirbağırağa

Xəbər xətti