"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə Macarıstanın "Fehervar" klubuna 1:4 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- İki fərqli hissə izlədik. İlk hissədə istədiklərimizi meydanda göstərə bildik. İkinci yarıda oyunçularımız rəqibin təzyiqinə tab gətirə bilmədilər. Ümumi götürəndə, komanda formalaşmaqdadı. İnanıram ki, gələn oyunda daha da məzmunlu oynayacağıq.
- Komandanın növbəti mərhələyə yüksəlmək şansı nə qədərdi?
- Əlimizdən gələnin maksimumunu edəcəyik.
- İlkin Qırtımovun vəziyyəti nə yerdədi? Azarkeşlərin onu meydanı tərk edərkən alqışlamasına necə baxırsız?
- Azarkeşlərin hərəkəti alqışalayiq idi. Göstərdilər ki, futbolu bilirlər. Mən də azarkeşlərə çox sağol deyirəm. İnsanlığa yaraşan hərəkət etdilər. İlkinin vəziyyəti ilə bağlı məlumatımız yoxdu. Ümid edirik ki, yaxşıdı.
saytlarin hazirlanmasi