"Neftçi" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiprin "aris" klubuna 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:
- İkinci hissənin əvvəlindən çox narazı qaldım. Komanda reaksiya vermədi. Rəqib ilk hissədə qol vurmağa çox yaxın idi, top qapı tirinə dəydi. Bizim də 2-3 epizodumuz var idi ki, yararlana bilərdik. Hazırda oyunu təhlil etmək çox çətindir. Çünki matç indi bitib. Artıq oyunçularımla söhbət etmişəm və onlara bildirmişəm ki, Bakıya qayıtdıqdan sonra cavab matçına daha yaxşı hazırlaşmalıyıq. Müdafiədə inamlı oynamalıyıq. Bunu həm klub üçün, həm də özümüz üçün etməliyik. FUtbolçulara bildirdim ki, cavab oyununda qələbə qazanıb növbəti mərhələyə yüksəlməliyik. "Aris"i təbrik edirəm.Qarşıda ikinci oyun var. Azərkeşlərimizlə bərabər qələbə qazanmağa çalışacağıq.
- Fasilədən somra komandanız fiziki cəhətdən çox zəif görünürdü. Bu, toplanış zamanı çox yüklənmənin nəticəsidir?
- Məncə fiziki cəhətdən danışmalı deyilik. Qol buraxanda ikinci əvvəli idi, futbolçuların fiziki baxımdan problemi olmamalı idi. Məncə köklənməkdən və paltardəyişmə otağından meydana necə girməkdən çox şey asılı idi. Biz başqa cür davranmalıyıq. Daha çox mübarizə aparmalı, vuruşmalı, özümüzü qurban verməliyik. Sabahdan etibarən bunların hamısını yenidən futbolçularıma bildirəcəyəm.
- Komanda növbəti mərhələyə nəyin hesabına kəçməlidir?
- İkinci oyun daha fərqli olacaq, biz evdə oynayacağıq. Komandanı sıxmağa başlayacağıq. Çalışacağıq ki, daha aqressiv oynayaq. Şanslar yarandıqda qol vurmalıyıq.
- Bildirdiz ki, daha çox döyüşmək lazımdır. Bir həftə ərzində bunun üçün nə etmək lazımdır?
- Komandada daha çox döyüşkən ruh olmalıdır. Onlar özlərinə daha çox inanmalıdırlar, çünki onlar "Neftçi"də oynayırlar. "Neftçi" böyük tarixi olan klubdur. Meüydanda olduğun zaman komanda üçün canını verməlisən, daha çoxunu etməlisən. Sabahdan etibarən bu mövzu ilə bağlı oyunçularla danışacağıq.
- Bu nəticədən sonra "Neftçi" azarkeşləri sosial şəbəkələrdə inamlarının azaldığını deyirlər. Baş məşqçi kimi onlara nə demək istəyirsiz?
- Bu, normaldır, çünki biz 0:2 hesabı ilə uduzmuşuq. Amma biz vu fürsətdən istifadə edərək futbolçularla xüsusi hazırlıq keçməliyik. İkinci oyunda yalnız qələbə qazanmalıyıq. Yaxşı hazırlaşıb çalışacağıq ki, dönüş yarada bilək. Bilirəm ki, azarkeşlər nəticədən narazıdırlar. Onları başa düşürəm, haqlıdırlar. Komandama görə fanatlardan üzr istəyirəm. Amma eyni zamanda da ikinci oyunda onlara ehtiyacımız var.
- "Aris"in oyunu sizi təəccübləndirdi?
- Bura "Aris" haqda danışmağa gəlməmişəm. Mın yalnız öz komandam haqda danışıram. Onu deyə bilərəm ki, bizim oyunumuz və ikinci hissədə verdiyimiz reaksiya gözlənilməz idi. Futbolçularımla birlikdə bu oyunu təhlil edəcəyik və cavab matçına daha hazırlıqlı olacağıq.
- Oyundan əvvəl "Aris"ə yuxarıdan aşağı baxmırdınız ki?
- Xeyr. Məni səhv başa düşməyin, "Aris"i 2:0 hesablı qələbəyə görə təbrik etdim. Amma bizim bundan sonra bir oyunumuz da var. Futbolda bundan da böyük hesablar qeydə alınıb ki, geridönüş etmək mümkün olub. Hər şey mümkündür. İlk hissədə fürsətlərdən birindən yararlana bilsəydik, nələrin baş verəcəyini bilmək olmazdı. "Aris"ə böyük hörmətimiz var. Amma öz şanslarımıza görə mübarizə aparmalıyıq. Buna çox inanıram.
- Komandanızı oyuna düzgün hazırlamadığınızı düşünmürsüz?
- Xeyr. Kifayət qədər vaxtım var. Əvvəlcədən demişdim ki, asan oyun olmayacaq. Neqativ oyunu aradan qaldıracağıq. Daha yaxşı komanda hazırlamaq üçün harada səhvlər etdiyimizə baxmalıyıq. İşimi kənara qoymaq üçün bu mövzu haqda danışmamışam. Həmişə öz oyunçularımı qorumağa çalışacağam. Əgər kimisə günahlandırmaq istəyirsizsə, birbaşa məni günahlandıra bilərsiniz.
- Mamadu Mbodju cinahda oynatmağınızın səbəbi nə idi?
- Bu oyuna hazırlığımızı elə qurmuşduq ki, qol buraxmayaq. Amma demək olar ki, "Aris"in yaratdığı bütün epizodlar həmin cinahdan oldu. Bilirdik ki, onların cinahda yaxşı oyunçuları var. Ona görə də düşünmüşdük ki, cinahları daha yaxı bağlayaq. Düşünürəm ki, ikinci qol ümumiyyətlə olmamalı idi. Hündürboy futbolçularımızın ən güclülərindən biri də Mbodjdur. Ona görə də bu qərarı vermişdik. Plan qurmuşduq ki, burada qol buraxmayaq və evdə qələbə qazanaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi