Azərbaycanlı futbolçu Almaniya klubu ilə müqavilə imzaladı

17:06 - 22 İyul 2022

Ukraynanın U-19 yığmasının sabiq üzvü, əslən Azərbaycandan olan Emin Səfixanov Almaniyada oynayacaq.

Bu barədə futbolçu özü Sportal.az saytına məlumat verib.

22 yaşlı futbolçu mövsümə Ukraynaın "Podolye" klubunda başlamışdı.

Ancaq Türkiyə toplanışı zamanı Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində bu ölkəyə qayıda bilməmişdi. Futbolsuz qalmamaq üçün Polşada aşağı liqada oynayan Səfixanov dünən Almaniyaya yollanıb.

O, burada aşağı liqada çıxış edən “Solingen” klubu ilə müqavilə imzalayıb.

“Metallurq”(Donetsk), “Metallist”(Xarkov), “Zarya”, “Çayka”, “Arsenal”(Kiyev), “Olimpik”(Donetsk), “Qornyak-Sport” klublarında çıxış etmiş Emin 1999-cu ildə Sumqayıtda dünyaya gəlib.

Sonradan isə o, ailəsilə birlikdə Ukraynaya köçüb.

Xəbər xətti