FİFA-nın xeyrinə qərar çıxardığı azərbaycanlı: "Hələ ki, gözləyirəm" - MÜSAHİBƏ

18:17 - 22 İyul 2022

Ötən mövsümə Yunanıstanın "Pierikos" klubunda başlasa da, sonradan Azərbaycana qayıdan və həmin klubdan FİFA-ya şikayət edən Tural Bayramlı hazırda "Səbail"in heyətində Gürcüstanda toplanışdadı. Sportal.az saytına müsahibə verən Bayramlı həm toplanışı dəyərləndirib, həm də “Pierikos”un ona olan borcunu ödəyib-ödəmədiyilə bağlı danışıb.

- Hazırlıqlarınız necə gedir?
- Komandada hər şey qaydasındadı. Bu gün "Dinamo"(Tbilisi) ilə qarşılaşacağıq. Yoldaşlıq matçına çıxsaq da, oyuna ciddi hazırlaşırıq. Yəni, biz bu oyunlara da ciddi hazırlaşırıq. Çünki hamı dərk edir ki, bizi qarşıda çempionatda çətin oyunlar gözləyir.

- Yeni mövsümdən daha güclü “Səbail” görəcəyik?
- Dediyim kimi, hər şey yaxşıdı. Bəli, daha güclü "Səbail" görəcəksiniz.

- Bugünkü gün üçün komandanız yuxarı pillələri tutmağa qadirdi?
- Hər bir komanda yüksək pillələrdə qərarlaşmaq istəyər. Biz də əlimizdən gələni edəcəyik ki, ən yaxşı nəticəni göstərək. Ən önəmlisi budur ki, kollektivdə mehribançılıq var. Bu da nəticə verməyimizə kömək olacaq.

- Mövsümün gedişində Yunanıstandan təklifin var idi. Niyə getmədin, qaldın “Səbail”də?
- Şəxsən mən “Səbail”də oynadığıma görə şadam. Belə məsləhət oldu, qaldım bu komandada.

- FİFA bu yaxınlarda “Pierikos”un sənə olan borcunu ödəməli olması ilə bağlı qərar çıxarmışdı. Yunan klubu borcunu ödədi?
- Bəli, elədir. Hələ ki, gözləyirəm (gülür).

Mirbağırağa

Xəbər xətti