"Sabah"ın U-19 heyətinin baş məşqçisi İqor Ponomaryov Sportal.az saytına müsahibə verib. O, komandasının hazırlığından söz açıb və heyətdəki futbolçuların gələcək perspektivindən danışıb.
- Toplanışınız necə keçdi? Bildiyim qədərilə “Qarabağ” və “Sumqayıt”dan olan həmyaşıdları məğlub etməyi bacarmısınız. Razısınız komandadanın performansından?
- Komandamıza göstərdiyiniz diqqətə görə təşəkkürümü bildirirəm. Toplanışımız dünən başa çatdı. Uşaqlar çox yaxşı işlədi. Onların toplanışdakı həvəsini görmək çox xoşdu. Hamısı maksimumu verməyə çalışdı. Doğrudu, uduzmamışıq oyunlarda. Amma bunlar yoxlama görüşləridi. Hamı yeni oyunçuları sınaqdan keçirir, həmçinin biz. Bu oyunlardakı nəticələr əsas deyil. Toplanışdan razı qaldıq. Təxminən 45 futbolçuya baxdıq. Futbolçuların məmmuniyyətlə bizim komandaya baxışa gəlməsi də xoşdu. Etimadlarına görə onlara təşəkkür edirik.
- Yeni mövsüm əsas məqsəd çempionluq olacaq?
- Özünüz də bilirsiz ki, general olmaq istəməyən əsgərin işləməsinin də mənası yoxdu.
- Kollektivdə perspektivli uşaqlar var?
- Biz əsas komandamız üçün işləyirik. Məqsədimiz odur ki, bizim komandada qalacaq bu futbolçular daim əsas komanda üçün ehtiyatda hazır olsunlar. Çempionatımızda oynayan hər bir komanda isə çempion olmaq istəyir. Biz də onlardan biriyik.
- “Sabah-2” yeni mövsümdən birinci divizionda iştirak etməyəcək. Bu, gənc uşaqların daha da inkişaf etməsinə mane olmayacaq? Hər halda özünü göstərən gənclər əvəzedici heyətə cəlb olunaraq daha da inkişaf edə bilərlər...
- Bugünkü gündə onların əsas komandaya düşmək, orada məşq etmək üçün böyük şansları var. Prinsipcə, uşaqlar özlərindən söz etdirəcək yaşlardadı.
- U-19-ların liqasında yəqin ki, ən əsas stimul qalib olan komandanın Gənclər Liqasına vəsiqə qazanmasıdı. Bunu əldə etsəniz orada yerli oyunçularla çıxış etmək olar?
- Bizim U-19 komandamızda legioner futbolçu yoxdu. Şübhəsiz ki, bizim futbolçular da beynəlxalq arenalarda nəticə üçün mübarizə apara bilər. Buna mən və məşqçilər korpusumuz əmindi.
Mirbağırağa
saytlarin hazirlanmasi