"Neftçi"dən "Dauqavpils"ə icarəyə yollanmış Asim Əlizadə Latviyada uzun müddət qalmadı.
Sportal.az xəbər verir ki, U-21 yığmamızın üzvü yenidən Azərbaycana qayıdaraq, bu dəfə “Şamaxı”ya icarəyə verildi.
Dauqavpils şəhərinin təmsilçisinin baş məşqçisi Andrey Kalinin saytımıza açıqlamasında Əlizadə barədə danışıb. O, yığmamızın üzvünün Latviya klubunda möhkəmlənə bilməməsi barədə fikirlərini bölüşüb:
"Asimə yeni klubunda uğurlar arzulayıram. Çox təəssüf edirəm ki, işbirliyimiz alınmadı. Asim əla oğlandı. Onun uğurlarını görmək məni həmişə sevindirəcək. Fikrimcə, komanda ilə Asimin oyunu öncədən bir-birinə uyğun gəlmirdi. O, topla yaxşı oynaya bilir, yaxşı zərbələri var. Amma biz çox az-az zərbələr endirirdik. Bizdə isə dözümlülük və mübarizlik keyfiyyətləri ön planda idi. Düşünürəm ki, topla daha çox oynayan komandada Asimin işi daha asan olacaq".
Mirbağırağa