"Şamaxı"nın yeni qapıçısı: "Legioner yoxdursa, o demək deyil ki, həmin komanda iddiasızdı"

19:49 - 24 İyul 2022

"Şamaxı"dan təklif gəldi və düşündüm ki, bölgə klubunda oynamaq yaxşı olar mənim üçün. Aftandil Hacıyev qalsaydı "Səbail"də, mən də orada qalardım. Onunla işləmək xoş idi. Mən artıq "Şamaxı"nın düşərgəsindəyəm, məşqlərimiz qaydasında gedir. Əsasən gənc oyunçulardan təşkil olunan kollektivdi. Hər kəs həvəslə məşq edib çempionata hazırlaşır".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Şamaxı”nın yeni qolkiperi Rəşad Əzizli deyib. Müqavilə ilə “Neftçi”yə məxsus olan, amma “Şamaxı”ya bir illik icarəyə verilən kiper yeni komandasının iddialarından söz açıb: “Legioner yoxdursa, o demək deyil ki, həmin komanda iddiasızdı. Hər halda “Sumqayıt” yerlilərlə nəticə vermişdi, avrokuboklara vəsiqə qazanmışdı. Yəni, sübut etmişdilər ki, legionersiz də hər şey ola bilər. Legioner gəlib bizdən öyrənirsə, elə öz cavanımız oynasa yaxşıdı”.

Əzizli “Şamaxı”dakı məqsədlərindən də söz açıb: “Özüm üçün daha yaxşı olan variantım seçmişəm.Necə olacağını zaman göstərəcək. Amma mən əlimdən gələni edəcəm. Baş məşqçi ilə söhbətimiz olmayıb. Onsuzda, heç bir baş məşqçi qapıçıya bir nömrəsən demir.  Hansı qapıçı yaxşıdı, o da dayanacaq".

Mirbağırağa

Xəbər xətti