"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev zədəsini tam sağaldıb.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, 30 yaşlı futbolçu komanda ilə birlikdə məşq edir. Təcrübəli oyunçu Çempionlar Liqası II təsnifat mərhələsinin "Sürix"lə cavab matçına tam hazırdı.
Qeyd edək ki, "Qarabağ" ilk matçda "Sürix"i 3:2 hesabı ilə məğlub edib. Komandalar arasında cavab qarşılaşması sabah İsveçrədə baş tutacaq.
saytlarin hazirlanmasi