Yeni mövsümə hazırlıqlarını davam etdirən “Səbail” daha bir legioneri heyətinə qatmaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, Bayıl təmsilçisinin növbəti transferi ampluaca hücumçu olacaq.
Əslində, klub Mohammad Reza Azadini transfer etmək üçün onunla razılığa gəlib.
Sadəcə olaraq, klub ondan da yaxşı forvard axtarışındadı. Əgər daha yaxşı hücumçu tapılmasa, sonda Azadi ilə müqavilə imzalanacaq.
22 yaşlı forvard hazırda “Aluminium”(Arak) forması geyinir. O, karyerası ərzində “Traktor”, “Panetolikos” və “İstiqlal”da çıxış edib.