İtaliya mətbuatı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix” və “Qarabağ” arasında keçiriləcək cavab oyunundan yazıb.
Sportal.az “La Gazzetta Dello Sport” axşam baş tutacaq matçda hər iki komandanın şanslarını dəyərləndirib:
"Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sürix" - "Qarabağ" cütünün taleyi həll edilməyib. Azərbaycan klubu evdə ilk görüşdə qalib gəlib. Amma hesabı 3:2 olması bukmeker kontorlarının İsveçrə klubunun geridönüş edəcəyinə inandırır.
Kağız üzərində isə geridönüş etmək imkanı yaxşı görünür. Nəzərə almaq lazımdır ki, səfər qolunun önəmi qalmayıb, əgər “Sürix” minimal hesabla qalib gəlsə, ümumi qol sayından asılı olmayaraq, əlavə vaxt olacaq.
Eyni zamanda, İsveçrə klubunun bir top fərqi ilə qalib gəlməsi 1:1 variantından sonra ən çox ehtimal olunan nəticə hesab edilir. Heç-heçə "Qarabağ"a Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə verəcək. Bakıdakı matçda fasiləyə 2:0 öndə gedən Qurban Qurbanovun komandasına ilk görüş yaxşı təkan verib. Amma 85-ci dəqiqədə qonaqların yerinə yetirdiyi penalti cavab oyunun ssenarisini tamamilə dəyişib.
Kim bilir, bəlkə də Villi Nyonto geridönüşün əsas qəhrəmanına çevrilməyəcək. Çünki İtaliya millisinin üzvü ilk görüşdə meydana start heyətində çıxsa da, son dəqiqələrdə əvəzlənmişdi.
“Sürix”in problemi ondadır ki, mövsümün belə başlanğıcında hətta Superliqada əldə olunan nəticələr də qənaətbəxş deyil: “Qarabağ”dan savayı “Yanq Boyz”a da uduzdular (0:4), 2-ci turda isə "Lütsern"lə heç-heçə etdilər. Azərbaycan klubu isə öz növbəsində 1-ci təsnifat mərhələsindən başlayıb, Polşanın “Lex” klubunu ümumi hesabda (0:1, 5:1) darmadağın edib".
Mirbağırağa