"Qarabağ" illərdir ki, avrokuboklarda Azərbaycanı uğurla təmsil edir. Onların yaxşı təcrübəsi var. Ona görə İsveçrədə “Qarabağ”ın yaxşı oynayacağına inamım böyükdü. Özü də “Sürix”i Bakıda məğlub edə bildilər. Bu mənada, ikinci oyunda da “Qarabağ”a ümidlər böyükdü”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Ansi Aqolli deyib.
2010-2019-cu illərdə “Qarabağ”da oynamış albaniyalı veteran futbolçu Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sürix”lə görüşdəki şansları barədə danışıb:
"Qarabağ" evdə yaxşı oynayaraq rəqibini məğlub etmişdi. Yəni təsadüf nəticəsin deyildi. Ona görə də “Qarabağ”ın “Sürix”ə qarşı İsveçrədə də inamlı futbol oynayıb, lazımı nəticəni qazanacağına inamım sonsuzdu. Allah qoysa, hər şey “Qarabağ”ın istədiyi kimi olacaq. Qurban Qurbanov komandasını çox yaxşı tanıyır və necə etmək lazım olduğunu da əla bilir”.
Mirbağırağa