Mahmud Qurbanov: "İstəyirik ki, həm oyunumuz, həm də nəticələrimiz yaxşı olsun"

20:33 - 27 İyul 2022

"Hələ ki, Gürcüstanda toplanışımız davam edir. İyulun 30-da Bakıda qayıdacağıq. Hər şey normaldı. İndiyə qədər Gürcüstanda iki yoxlama görüşü keçirmişik. "Dinamo"(Tbilisi) və "Qaqra"ya qarşı oynamışıq. Çalışırıq. İstəyirik ki, həm oyunumuz, həm də nəticələrimiz yaxşı olsun".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Mahmud Qurbanov deyib.

Bayıl təmsilçisinin çalışdırıcısı komandanın Gürcüstandakı toplanışını dəyərləndirib. Qurbanov növbəti transferlərin olub-olmayacağı barədə danışıb: "Premyer Liqanın startına qədər hələ ki, vaxtımız var. Qarşıda bir yoxlama görüşümüz də olacaq. Hazır olmalıyıq. Komanda formalaşdırmaq istəyirik. Oyundan-oyuna necə olacağına baxacağıq. Çempionatın sonunda hansı pilləni tutacağımızı görəcəyik.

Transfer məsələlərinə gəlincə, mümkündür ki, daha bir oyunçu cəlb edək. Bizə lazım olan oyunçu tapa bilsək, transfer edə bilərik. İndiki mərhələdə hazırlığımızı davam etdiririk. "Dila" ilə yoxlama oyunumuz olacaq. İyulun 30-da Bakıya qayıdaraq hazırlığı elə paytaxtda davam etdirəcəyik".

​Mirbağırağa

Xəbər xətti