"Şamaxı" rəhbərliyi legioner transferinə icazə verdi

20:26 - 28 İyul 2022

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Şamaxı” hələ ki, heyətinə legioner cəlb etməyib.

Sportal.az saytına verilən məlumata görə, klub rəhbərliyindən legioner transferinə icazə verilib.

Amma həmin legionerlərin sayı maksimum 4 və aylıq maaşları isə 5 min manat civarında olmalıdı.

Lakin köməkçi məşqçi olsa da, baş məşqçi funksiyasını yerinə yetirən Cavid Hüseynov bununla razılaşmayıb və məvacibi aşağı olan legioner gətirməkdənsə, yerlilərin oynamasının daha məqsədəuyğun saydığını rəhbərliyə çatdırıb. Buna görə də mövsümü legionersiz keçirməyi planlaşdırır.

Xəbər xətti