Ötən mövsümü "Sabah"da keçirmiş Spiro Periçiçə "Səbail"in maraq göstərməsi barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, xorvatiyalı futbolçuya Bayıl təmsilçisindən maraq göstərilsə də, sonda bu keçid baş tutmayıb.
Belə ki, “Səbail” Qustavo Moreno de França və Fakundo Kardozo ilə anlaşdığından başqa müdafiəçiyə ehtiyac duyulmayıb.
Xorvatiyanın U-21 yığmasının sabiq müdafiəçisi hələ ki, klubsuzdu.