Mahir Emreli sabah "Dinamo"ya kömək edə biləcək

19:12 - 28 İyul 2022

Azərbaycan millisinin forvardı Mahir Emreli "Dinamo"nun məşqlərinə qoşulub. 

Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçu çiynindəki zədəsini sağaldıb.

Millimizin forvardı "Dinamo"nun sabah doğma meydanda çempionatın 3-cü turu çərçivəsində "İstra"ya qarşı keçirəcəyi matçda meydana çıxa biləcək. 

​Hətta onun start heyətində meydana çıxması da gözlənilir. 
 

Xəbər xətti