"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adına Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis "Sürix"ə qarşı keçirilən matç (2:2) haqda danışıb.
- Oyun haqda fikriniz necədi?
- Oyun bəlkə də ilk dəqiqələrdən bizim gözlədiyim kimi getmədi. Amma sonradan özümüzə gəldik. Futbolçularımı təbrik edirəm. Oyunu sona kimi düşündüyümüz kimi keçirdik. Sonda bir daha zərbə aldıq, amma yenidən özümüzə gəldik. Buna görə çox sevindim. Bu oyunlar hamımızı böyüdür. Bu oyun göstərdi ki, biz sona kimi mübarizə aparmalıyıq, bir-birimizə sona kimi güvənməliyik. Nəticə öz yerində, amma biz klub olaraq çox şey əldə etdik.
- Sanki karyeranızda hakimliyə ən çox etiraz etdiyiniz oyun oldu...
- Ola bilər. Bəlkə kənardan görünmürdü, amma xırda fitlər var idi ki, nəyə görə verildiyi bilinirdi. Ev komandası idi, hardasa simpatiya ola bilərdi. Bəzən etirazı taktiki gedişat kimi istifadə edirdim. Yəni, çox düşünməsinlər ki, nəyisə görmürük, hiss etmirik, bilmirik. Hardasa faydası da olurdu. Dəfələrlə gördüyümüz şeylərdi. Ona görə bir o qədər fikir bildirmək istəmirəm. Oyundan əvvəl də demişdim ki, matçın gedişatında hansısa qərarlar vermək lazım olar, dəyişiklik etmək lazım gələr. Hakimlik də onun bir hissəsiydi.
- Növbəti matçda Kadi Borges və Riçard Almeyda oynamayacaq. Zədəlilər də var. Bu haqda nə düşünürsüz?
- Buna da hazır olmalıyıq. Bütün matçlarda optimal heyət və optimal durumda ola bilmərik. Rəqibi tam yaxından tanıyandan sonra hansı addımı ata bilərik deyə, düşünəcəyik. Üç oyunçumuzun oynamayacağı dəqiqdi. Digər futbolçularımıza da çox güvənirik. Ona uyğun bəlkə hansısa dəyişikliklər edərik. Tam detallı baxdıqdan sonra müəyyən qərarlar verəcəyik.
- Medinanın ilk oyuna çatmayacağı dəqiqləşib?
- Böyük ehtimal elədir. Buradan birbaşa MRT müayinəsinə gedəcək. Bəlkə 2-3 həftə buraxdı.
Mirbağırağa
saytlarin hazirlanmasi