Mixael Boris: "Qəbələ"nin ikinci qolundan sonra təşvişə düşdüm"

22:09 - 28 İyul 2022

"Fehervar" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Macarıstan təmsilçisinin baş məşqçisi Mixael Boris jurnalistlərin suallarını cavablandırıb:

 

- Hədəfimiz növbəti mərhələyə keçmək idi və bunu da bacardıq. Yaxşı olmayan tərəf isə o idi ki, biz məğlub olduq. Məğlubiyyətə baxmayaraq şanslarımız oldu, penaltini qaçırdıq. Bilirdik ki, onlar ilk qolu vursalar, davamını gətirməyə çalışacaqlar. Buna görə də pressinq etdik. Məğlubiyyyəti xoşlamıram. Amma bəzi hallarda bunu qəbul etmək məcburiyyətindəyik. Qəbələ çox gözəl yerdir. Burada gördüyümüz hər şey çox yaxşı idi, insanlar çox qonaqpərvərdir. Burada olduğum üçün məmnunam. Ölkə çempionatında "Qəbələ"yə uğurlar arzu edirəm.

 

- "Ferensvaroş" Azərbaycana gələcək. Onların burada şansı necədir?

- Biz öz komandamıza köklənmişik. Siz Macarıstanın ən güclü komandası ilə qarşılaşacaqsız. Ancaq "Qarabağ"ın da oyunlarını izləmişəm. Çox yaxşı komandadır. Bilet alıb oyunu izləməyinizi tövsiyə edirəm.

 

- Macarıstandakı ilk matçdan sonra bura rahat gəlmişdiz. Bu gün matçın gedişində sizdə həyəcan yaranmadı ki, birdən mərhələ əldən gedər?

- Mənim üçün bu oyunun iki hissəsi var idi. Bunların birində qələbə qazandıq. Dürüst olmaq lazımdırsa, "Qəbələ"nin ikinci qolundan sonra təşvişə düşdüm. Tez-tez saata baxırdım. "Qəbələ"nin stadionu kiçikdir, azarkeşlərin səsi çox hiss olunur.

 

Elçin Əlixan

Xəbər xətti