"Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı"

01:21 - 29 İyul 2022

"Sürix"ə qarşı oyunun çətin alınacağını bilirdik. Qələbə qazanmasaq da, əldə etdiyimiz heç-heçə bizi növbəti mərhələyə çıxardı. Artıq Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmişik. Amma dayanmaq haqda düşünmürük. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda deyib.

Ağdam klubunun futbolçusu Qurban Qurbanovun ona yenidən əsas heyətdə şans verməsinə də toxunub: "Çox sevincliyəm. Daha çox çalışıb, az danışmalı olduğumu bilirəm. Bunun nəticəsini görürəm. Qurban Qurbanov məni illərdir ki, tanıyır, potensialıma bələddi. Yenidən oynamaq imkanı əldə etdiyimə görə çox məmmunam. Özümü xoşbəxt hiss edirəm".

Almeyda "Sürix"lə cavab qarşılaşmasında sayca üçüncü sarı vərəqə ilə cəzalandırıldığından Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ferentsvaroş"a qarşı keçiriləcək ilk oyununda meydanda ola bilməyəcək. O, həm sarı vərəqə epizodu haqda danışıb, həm də "Qarabağ"ın Macarıstan çempionu qarşısındakı şanslarını dəyərləndirib: "Bir epizodda rəqibin ayağını tapdalamışdım. Ona görə sarı vərəqə epizodu haqda nəsə söz demək çətindi. Hamımız meydanda qladiator kimi döyüşdük. "Ferentsvaroş"la matçda mənim əvəzimə meydana çıxacaq futbolçunun əlindən gələni edəcəyinə inanıram. Onsuzda, bir futbolçuya görə qələbə qazanan komanda yoxdu. Futbol kollektiv oyundu. Bəlli məsələdir ki, “Ferentsvaroş” güclü komandadı. Onların yaxşı məşqçisi var, yaxşı futbolçuları var. Avrokubokun hər oyunu çətindi".

Mirbağırağa

Xəbər xətti