Azərbaycan Premyer Liqasının 2022-2023-cü illər mövsümünə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” yay transfer dövründə beşinci oyunçu keçidini gerçəkləşdirib. Braziliyalı hücumçu Ramon Maçado 2022-2023-cü illər mövsümündə "Qəbələ"nin formasını geyinəcək. 31 yaşlı cənubi amerikalı ilə 1 illik müqavilə imzalanıb.
Ramon karyerası ərzində Almaniyada “Reqensburq” (2012-2013), Braziliyada “Esportivo” (2014), “Lajeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Brazil de Pelotas” (2016-2017, 2021), “Ponte Preta” (2017), “Yuventud” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021), “Botofoqo” (2020) klublarında forma geyinib. O, 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib. “Neftçi” ilə gümüş mükafat qazanan forvard 24 oyunda 5 qol vurub.
Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı heyətinə qatıb.
saytlarin hazirlanmasi