"Kəpəz" yeni transferinin xidmətindən gələn il istifadə edə biləcək

11:18 - 31 İyul 2022

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" heyətini braziliyalı futbolçu ilə də gücləndirdi.

Sportal.az xəbər verir ki, Juninyo Maranense ilə iki illik müqavilə imzalanılıb.

Amma 22 yaşlı futbolçu bu komandada yanvardan çıxış edəcək. Məsələ burasındadır kı, braziliyalı futbolçu hazırda Litvanın “Babrunqas” klubuna məxsusdu.

Litvalılar isə Junioru pulsuz buraxmaq istəməyib. Onlar “Kəpəz”dən transfer üçün pul tələb edib. Gəncə təmsilçisi isə xərcə düşmək niyyətində olmadığından, futbolçuya hazırki klubu ilə müqaviləsi başa çatandan sonra Azərbaycana qayıtmasını məsləhət görüblər. Məhz bundan sonra Braziliyadan olan legioner Litvadan ayrılaraq "Kəpəz"in düşərgəsinə qoşulacaq.

Xəbər xətti