"Qarabağ"ın veteran forvardı Kənan Kərimov Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Sürix"lə cavab oyunundan danışıb Kərimov İsveçrədəki oyunu bu cür şərh edib:
"Qarabağ"ın Bakıdakı 3:2 hesablı qələbəsi İsveçrədəki matçın gərgin keçəcəyindən xəbər verirdi. Oyunun ilk dəqiqələrində gözlənilməz avtoqol matçı daha da gərginləşdirdi. "Qarabağ" vaxtında bərabərlik qolunu vura bildi. Çox sevindirici haldır ki, çempionumuz çətinliklə də olsa, mərhələni keçə bildi. Hakimlərin də böyük rolu oldu. "Sürix"ə dəstəkləri dərhal hiss olunurdu. Buna rəğmən "Qarabağ" mərhələni keçdi. Biz hamımız da sevinirik".
"Qarabağ"ın keçmiş hücumçusunun fikrincə, Bakıda "Ferentsvaroş"u da məğlub etmək mümkündü: "Ferentsvaroş" "Sürix" deyil, daha ciddi rəqibdi. İlk oyunun evdə olması sevindiricidi. Ümid edirəm ki, "Qarabağ" Bakıda qələbə qazanacaq. "Qarabağ" burada qələbə qazanmalıdı ki, səfərdə hardasa daha rahat oynasın. Təmsilçimizdən qələbə gözləyirik. Yəqin ki, sevinən tərəf yenə də biz olarıq".
Mirbağırağa