"Dinamo"nun məşqçisi: "Çaçiç Mahiri bəyənir, onun oynamasını istəyir" - MÜSAHİBƏ

17:11 - 1 Avqust 2022

"Dinamo"nun (Zaqreb) əvəzedici heyətinin məşqçisi Marko Şarliya Sportal.az saytına müsahibə verib. Azərbaycanda beş ilə yaxın legioner həyatı yaşamış veteran qolkiper Emrelinin Zaqreb klubundakı çıxışından, zədələnməsindən və bu klubdakı perspektivindən danışıb.

- Mahir zədədən qayıtdıqdan sonra "İstra" ilə matçda qolunu vurdu. Bu cür olacağını ehtimal edirdin?
- Mahirin zədələnməsini o qədər böyütmək lazım deyil. O, güclü futbolçudu və fiziki durumu da yaxşıdı. Sadəcə futbolçu karyerasında bu cür zədələnmələr baş verir. Amma o, çox yaxşı hazırlaşaraq yenidən meydanlara qayıtdı. "İstra" ilə matçda da meydana çıxaraq qolunu vurdu. Bu, məni sevindirdi. 

- Bu, Mahir üçün "Dinamo"da önəmli futbolçuya çevrilmək yolunda önəmli addım idi?
- Ən əsası odur ki, Mahir öz keyfiyyətini göstərdi. Bu, əla göstəricidi. Zədədən qayıdaraq qol vurmaq, keyfiyyətini nümayiş etdirmək xoşdu.

- Mövsümün əvvəlində, zədədən qayıtdıqdan sonra yenidən zədələnməsini necə şərh edəcəksən?
- Doğrudu, yenidən zədələnməsi üzücüdü. Futbolda, idmanda belə hallar baş verir. O qədər də çox fikirləşməyə dəyməz. Çünki bu, peşəkar idmandı, o da peşəkar idmançıdı. Mahirin bəxti gətirmədi. İndi daha çox işləmək lazımdır ki, yenidən oynasın. Əsas odur ki, Mahir zədədən qayıdaraq özünü sübut etmişdi. Zədənin ona mane olmadığını göstərdi. Oyundan-oyuna daha da yaxşı olacaq. 

- Tez-tez meydana çıxmaması "Dinamo"dakı karyerasına mənfi təsir etməz?
- Xeyr, onun zədələnməsi "Dinamo"dakı karyerasına heç bir mənfi təsir göstərməyəcək. Çünki onsuzda o, daim oynamağa hazırdı. Özü hazır olduqdan sonra Ante Çaçiç ona hər zaman şans verəcək. Gördüyüm qədərilə baş məşqçi özü də Mahiri bəyənir, onun oynamasını istəyir. Əminəm ki, Mahir oynamağa hazır olandan sonra baş məşqçi onu meydana buraxacaq. Ardıcıl 3-4 matça çıxaraq "Dinamo"da daha da yaxşı vəziyyətə gələ bilər. 

Mirbağırağa

Xəbər xətti