"Misli" Azərbaycan Premyer Liqasının baş sponsoru oldu

17:29 - 1 Avqust 2022

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əldə olunan razılaşmaya görə, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.

“Misli” brendi hər zaman idmanın inkişafına diqqət və qayğı göstərərək bu istiqamətdə həyata keçirilən layihələrin icrasında uğurla təmsil olunur. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.

​“Misli” məntəqələri və “Misli.az” platforması vasitəsilə geniş seçim və fərqli imkanlardan yararlanaraq dünyanın populyar futbol matçları, eləcə də basketbol, tennis, voleybol, həndbol, buzüstü hokkey, stolüstü tennis, snuker, MMA, “Formula-1” və digər idman hadisələri üzrə mərc imkanları mövcuddur.

Xəbər xətti