Azərbaycan milli komandasının veteran qolkiperi Aleksandr Jidkov Sportal.az saytına açıqlama verib.
Təcrübəli futbol mütəxəssisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Ferentsvaroş” haqda danışıb.
Jidkov hər iki komandanın şanslarının bərabər olduğunu bildirərək, Stanislav Çerçesovla Qurban Qurbanov mübarizəsini izləməyin də maraqlı olacağını söyləyib:
"Qarabağ" Çempionlar Liqasında iki mərhələ adlaya bildi. Onları təbrik edirəm və növbəti matçlarda da uğurlar arzulayıram. Polşa və İsveçrə çempionlarına qalib gəliblər. Bu, yaxşı göstəricidi. “Qarabağ” - “Ferentsvaroş” matçına gəldikdə, şanslar bərabər olacaq. Stanislav Çerçesovla Qurban Qurbanovun "duel"ini görmək də maraqlı olacaq".
“Neftçi”, “Dinamo”(Kiyev), “Niva”, “Anji”, “Tom” klublarının qapısını qorumuş Jidkov Azərbaycan millisində 21 oyun keçirib. O, “Anji”, “Moskva”, “Tom”, “Volqa”(Tver), “Avanqard” klublarında məşqçi kimi çalışıb.