Mahmud Qurbanovun göstərişi ilə "Səbail"in əvəzedici heyətinə göndərilmiş Adil Nağıyev komandanın sıralarını tərk edib.
Sportal.az saytına verilən məlumata görə, milli komandamızda da çıxış etmiş futbolçu "Şamaxı" ilə anlaşıb.
Onun "Səbail"dən ayrılaraq bölgə klubuna keçidi rəsmiləşib.
Nağıyev Cavid Hüseynovun istəyilə komandaya cəlb edilib.