Ötən mövsüm Polşanın aşağı liqa təmsilçisi olan "Podlasiye" klubunda oynamış Nazim Bağırov Azərbaycana qayıdıb.
Sportal.az saytına verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi "Zaqatala"nın düşərgəsinə qoşulub.
Bağırovun yeni mövsümdən adıçəkilən komandanın heyətində birinci divizionda oynayacağı gözlənilir.
Ötən mövsümü Polşada keçirmiş futbolçu "Zaqatala"nın bir neçə gün əvvəl "Şamaxı"ya qarşı keçirdiyi yoxlama matçının da iştirakçısı olub.