"Qarabağ"ı "Lex" və "Sürix"lə matçlardakı uğurlu nəticələrinə görə təbrik edirəm. Əslində, hər ikisi çox güclü komandalardı. Amma "Qarabağ" hər ikisini turnirdən kənarlaşdıra bildi. Həqiqətən də "Qarabağ" çox yaxşı futbol oynadı. Hər halda qazanılan istənilən qələbə komandaya, futbolçulara özünəinam, güvən qazandırır".
Bu sözləri Sportal.az saytına açıqlamasında Miro Varvodiç deyib. “Qarabağ”ın sabiq futbolçusu Ağdam klubunun avrokuboklardakı çıxışından danışıb.
Xorvatiyalı qolkiper Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın ÇL-in üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”a qarşı görüşdəki şanslarını dəyərləndirib. 33 yaşlı qapıçının fikrincə “Qarabağ” Macarıstan çempionu ilə oyunda da uğur qazana bilər:
“Macarıstan çempionu güclü yaxşı komandadı. Heyətində güclü futbolçular çıxış edir. Amma Qurban Qurbanov komandasını yaxşı tanıyır və istənilən rəqibə qarşı da necə oynamaq lazım olduğunu gözəl bilir. Ona görə də “Qarabağ”dan “Ferentsvaroş”la görüşdə uğurlu nəticə gözləyirəm. Bu komandaya uğurlar arzulayıram".
Mirbağırağa