"Şamaxı"nın hücumçusu Amil Yunanov Sportal.az saytına müsahibə verib:
- Komandanın yeni mövsümə hazırlığı necə gedir?
- Yeni mövsümün hazırlığını Şamaxıda davam etdiririk. Hər şey qaydasındadır. Məşqlərimizi edib, çempionat oyunlarına hazırlaşırıq.
- Digər klublar toplanışı ölkə xaricində keçdi, siz isə Bakıda. Bunun komandanın hazırlığına təsiri necədir?
- Düşünürəm ki, təlim-məşq toplanışını Bakıda keçirməyimiz gec yığılmağımızla əlaqədar oldu. Bu, rəhbərlik, məşqçilər heyətinin qərarıdır. Biz burada məşqlərimiz edib, mövsümə hazırlaşırıq.
- "Şamaxı"da legioner yoxdur. Yalnız yerli futbolçularla Premyer Liqada mübarizə aparmaq çətin olmayacaq?
- Bunu zaman göstərəcək. Komandada olanlar hamısı öz uşaqlarımızdır. Hamımız əl-ələ verib hər oyunda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Hər matçda gözəl oyun nümayiş etdirmək və çalışıb maksimum nəticə qazanmaq.
- Komandaya yeni baş məşqçi təyin olundu. Baş məşqçi öz üslubunu, taktikasını komandaya aşılaya bilib?
- Yeni futbolçular, yeni baş məşqçi, sıfırdan yığılmış bir komandayıq. Açığı bir az çətin olur. Baş məşqçinin öz taktikasını komandaya aşılaması üçün müəyyən zaman lazımdır. Amma bu qısa vaxtda başa düşürük ki, baş məşqçi bizdən nə istəyir. Zamanla daha çox şey öyrənəcəyik.
- "Turan Tovuz"a keçidin gündəmdə idi, amma "Şamaxı"da qaldın. Səbəb nə oldu?
- "Şamaxı"dan daha sərfəli təklif gəldi. Baş məşqçi və rəhbərliklə danışığımız oldu və belə qərar verməli oldum.
Elçin Əlixan
saytlarin hazirlanmasi