"Mahmud Qurbanovla danışmaq istəsəm də, o, mənimlə danışmaq istəmədiyini dedi"

14:39 - 3 Avqust 2022

“Səbail”dən “Şamaxı”ya icarəyə yollanan Adil Nağıyev Sportal.az saytına açıqlama verib.

Müdafiəçi Bayıl klubunda qalmaq istəməsi barədə bunları deyib: "Səbail"lə yeni iki illik müqavilə imzalamışdım. Gürcüstandakı toplanışda Mahmud Qurbanov planlarına daxil olmadığımı bildirdi. Əlavə elədi ki, ya özümə komanda tapım, ya da əvəzedici heyətə yollanım. Ona görə mən də komandadan ayrıldım.

Mahmud Qurbanovla heç bir problem yox idi. Sadəcə olaraq, oynamırdım. Bu da məni narahat edən məqam idi. Bu haqda Mahmud Qurbanovla danışmaq istəsəm də, o, mənimlə danışmaq istəmədiyini dedi. Sonrası da məlumdu".

Nağıyev digər təkliflərinin də olduğunu, amma sonda "Şamaxı"ya üstünlük verməsini belə əlaqələndirib: "Əvəzedici heyətdə qalmaq istəmirdim. Çünki Premyer Liqada oynamaq, daha da irəli getmək niyyətindəydim. Rəhbərlik də sağolsun, mənim üçün hər cür şərait yaratdı. Məsləhət elədik və bir illik icarəyə gəldim "Şamaxı"ya. Həmin söhbətlərdən sonra Cavid Hüseynov mənimlə əlaqə saxladı və komandasında görmək istədiyini bildirdi. Mənim üçün də xoş oldu. Düzdü, başqa təkliflərim olmuşdu. Lakin seçimimi "Şamaxı"dan yana etdim. Burada daha yaxşı çıxış etmək istəyirəm".

Mirbağırağa

Xəbər xətti